Haqqında

Zirvəyə dəvət

Ölkəmizdə 3-cü dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsi "Dəyər Yaradan Zəncir" konsept mesajı ilə  20-21 Noyabr 2026 -cı il The Ritz-Carolton Bakuda, Facemark, The Chartered İnstitute of Procurement & Supply - CIPS Azərbaycan branch və Admedia ilə birgə təşkilatçılığı keçiriləcək.

 
III Təchizat Zənciri Liderləri Zirvəsi Azərbaycanın təchizat zənciri sektorunun aparıcı simalarını, qərar vericilərini və beynəlxalq ekspertlərini bir araya gətirəcək. Zirvə bu il iki günlük formatda keçiriləcək: birinci gün praktiki masterklas, ikinci gün isə panel müzakirələri.


"Dəyər yaradan Zəncir" konsepti ilə keçiriləcək Zirvə, hər bir həlqənin - təchizatçıdan son istehlakçıya qədər - necə real dəyər yaratdığını araşdıraraq, daha səmərəli, şəffaf və dayanıqlı təchizat zənciri modelinin formalaşmasına fokuslanacaq. Zirvədə CIPS-in beynəlxalq nümayəndələri, eləcə də dövlət və özəl sektorun aparıcı spikerləri iştirak edərək, sahənin qlobal standartlarını və yerli təcrübəsini müzakirə edəcəklər.


Bu gün təchizat zənciri idarəçiliyinin uğuru yalnız əməliyyat effektivliyi ilə deyil, həm də strateji planlaşdırma, beynəlxalq standartlara uyğunluq, rəqəmsallaşma və peşəkar inkişaf ilə sıx bağlıdır. Zirvə bu istiqamətləri vahid platformada birləşdirərək, sahənin gələcəyinə müxtəlif perspektivlərdən baxış təqdim edəcək.


Təchizat zəncirinin gələcəyini formalaşdıranlar arasında sizləri də gözləyirik.

Baku Heart Days
0
×
×